Əhməd İsmayılov: “Jurnalist və jurnalistin statusu” anlayışına hüquqi bazada aydınlıq gətirilməlidir”

Əhməd İsmayılov: “Jurnalist və jurnalistin statusu” anlayışına hüquqi bazada aydınlıq gətirilməlidir” “Jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa hazırda ehtiyac var".
Media
571
13 Yanvar , 2021 14:54
Əhməd İsmayılov:  “Jurnalist və jurnalistin statusu” anlayışına hüquqi bazada aydınlıq gətirilməlidir”

“Jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa hazırda ehtiyac var. Biz müəyyən etməliyik, normativ hüquqi baza baxımından “media subyekti” anlayışı və media subyektlərinin bölgüsünü tam əhatə etməliyik”.

“Report” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real tv”yə müsahibəsində deyib.

“Jurnalist və jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu anlayışlara aydınlıq gətirildikdən sonra bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək”, - bildirib.

Son xəbərlər

Orphus sistemi