Əflatun Amaşov: "Prezidentin sərəncamı jurnalistikaya marağı daha da artırır"

Əflatun Amaşov: "Prezidentin sərəncamı jurnalistikaya marağı daha da artırır" "Mətbuat Şurası vahid plan əsasında tədbirlərini keçirəcək"
Media
3 İyun , 2015 16:04
Əflatun Amaşov: Prezidentin sərəncamı jurnalistikaya marağı daha da artırır

Bakı. 3 iyun. REPORT.AZ/ "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığına görə Prezident İlham Əliyevə jurnalistlər adından təşəkkürümü bildirirəm. Bu sərəncamı yüksək qiymətləndiririk".

Bunu "Report"a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, bu sərəncam ölkə rəhbərliyinin mediaya diqqət və qayğısının bariz nümunəsidir: "Sərəncamda mətbuatın keçdiyi 140 illik yola da nəzər salınıb. Belə sərəncamı ilk dəfə mətbuatın 125 illiyində ümummilli lider Heydər Əliyev imzalamışdı. Belə sərəncamlar jurnalistikaya marağı daha da artırır və stimul yaradır. Ölkədə demokratik proseslərin inkişafında medianın rolu kifayət qədər düzgün qiymətləndirilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra mediaya daim dövlət qayğısı göstərilib. Bildiyiniz kimi, Azərbaycan mediası senzura altında olub, amma 1998-ci ildə senzura ləğv edilib. Bununla da medianın yeni inkişaf dövrü başlayıb".

Ə.Amaşov mətbuatın 140 illiyi ilə bağlı bəzi jurnalistlərə Ali Media Mükafatının təqdim ediləcəyini də bildirib: "Mətbuat Şurası vahid plan əsasında tədbirlərini keçirəcək. İdarə Heyətinin iclası olacaq və bu məsələlər müzakirə ediləcək. Bu tədbirlər palnının bir hissəsi kimi bəzi jurnalistlərə bir neçə il öncə təsis edilmiş Ali Media Mükafatı təqdim olunacaq".

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Prezident Administrasiyasına Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi