Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycanda mətbuata ayrılan vəsait qonşu ölkələrlə müqayisədə olduqca aşağıdır. İnformasiya siyasəti sahəsinə büdcədən ayrılan vəsait artırılmalıdır".
"Report" xəbər verir ki, “Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
O bildirib ki, onlayn mediaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır: "Xaricdən olan informasiya təzyiqləri ilə, əsasən, onlayn media mübarizə aparır. Bu sahəyə sistemli dövlət vəsaiti ayrılmalıdır. Ən azından il ərzində 1 milyon manat ayıra bilsək, tezliklə bunun nəticələrini görərik".