Əflatun Amaşov jurnalist sorğusuna cavab verməyənlərin cəzalandırılması ilə bağlı qanunvericiliyə təklif olunan yeniliyi şərh edib

Əflatun Amaşov jurnalist sorğusuna cavab verməyənlərin cəzalandırılması ilə bağlı qanunvericiliyə təklif olunan yeniliyi şərh edib Bu məsələdə jurnalistlər də aktiv olmalıdırlar, onlar bu cür hallarla qarşılaşdıqda necə addım atacaqlarını mütləq bilməlidirlər
Media
24 Dekabr , 2015 13:57
Əflatun Amaşov jurnalist sorğusuna cavab verməyənlərin cəzalandırılması ilə bağlı qanunvericiliyə təklif olunan yeniliyi şərh edib

Bakı. 24 dekabr. REPORT.AZ/ "Jurnalistlərin sorğusuna cavab verməyənlərin cəzalandırılması ilə bağlı qanunun sərtləşdirilməsi, qanunla cərimələrin artırılması vəzifəli şəxslərin sorğulara daha məsuliyyətli yanaşmasına səbəb olacaq". "Report" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Jurnalistlərin işinə mane olan vəzifəli şəxslərin cərimələnməsi və s. barədə qanunda bundan əvvəl də cəzalar və cərimələr var idi. Lakin indi bu proses daha da sərtləşdirilib. Hətta jurnalistin peşə fəaliyyətinə maneçilik törədən şəxs cərimə ilə yanaşı bir il müddətinə azadlıqdan məhrum da ediləcək. Bu məsələdə jurnalistlər də aktiv olmalıdırlar, onlar bu cür hallarla qarşılaşdıqda necə addım atacaqlarını mütləq bilməlidirlər", - Ə.Amaşov deyib.

Qeyd edək ki, Azərbaycanda yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsinə əsasən jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq olunacaq.

Maddədə göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək. Həmçinin qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi