Bakı. 7 dekabr.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, internet medianın maliyyələşdirilməsi üçün ən azı 1 milyon manat ayrılmalıdır.
Mətbuat Şurasının vurğulayıb ki, jurnalistika ölkədə ictimai rəyin formalaşmasında və ölkənin dünyada təbliğində mühüm rol oynayır: “Reklamı və heç bir gəliri olmayan, amma həmişə peşəkarlıq və vətənpərvərlik umulan bu media orqanları nə ilə yaşamalıdır? Bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir. Son 1 ildə istər qəzet kağızı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Ümumilikdə, KİV-lərin satışı çox zəifdir, reklamlardan gələn gəlirləri də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızına ƏDV-nin tətbiqinə başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir. Hazırda intenet media ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib”.