Azərbaycan televiziyalarında ədəbi dilin normaları daha çox əyləncə proqramlarında pozulur

Azərbaycan televiziyalarında ədəbi dilin normaları daha çox əyləncə proqramlarında pozulur Telekanallarda yayımlanan verilişlərin əksəriyyətinin aparıcılarının nitqində qüsur aşkarlanıb
Media
11 Dekabr , 2015 16:36
Azərbaycan televiziyalarında ədəbi dilin normaları daha çox əyləncə proqramlarında pozulur

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan televiziya kanallarında ədəbi dil normaları sərbəst üslubun üstünlük təşkil etdiyi əyləncə proqramlarında daha çox pozulur.

"Report" xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurası və AMEA Dilçilik İnstitutunun birgə apardıqları monitorinqlərin nəticəsində aydın olub.

Xəbər və əyləncə tipli verilişlərdə dil normalarına hansı səviyyədə əməl olunduğunu müəyyən etmək məqsədilə aparılan monitorinq göstərib ki, 565 nitq faktından 161-i xəbər, 404-ü isə qeyri-xəbər verilişində qeydə alınıb. Bu isə müvafiq olaraq faktların 28 və 72 faizi deməkdir.

Monitorinq nəticəsində telekanallarda yayımlanan verilişlərin əksəriyyətinin aparıcılarının nitqində qüsur aşkarlanıb.

Nitqində qüsura yol verənlərin siyahısında "ATV xəbər"in aparıcısı Ceyhun Səfər, Turan İbrahimov, "Xeyrə qarşı" verilişinin aparıcısı İlqar Mikayıloğlu, "Xəzər" TV-nin "Xəzər xəbər" proqramının aparıcısı Nəcəf Həsənov, Günel Qədimova və "Hər şey daxil" verilişinin aparıcıları Sevinc, Sevil bacılarının adı daha çox qeyd olunub.

"Space" TV-nin "Hər gün" proqramının aparıcısı Elvin Basqallı və Fərqanə Səfər, "Lİder" televiziyasında "Səda" proqramının aparıcısı Şəbnəm Hümbətova və Mehman Mehdiyev, Elvin Güloğlanoğlu, "Həyat tərzi" verilişinin aparıcısı Lamiyyə Ələkbərin də adı siyahıda təkrar-təkrar yer alıb.

ANS TV-nin "Xəbərçi" proqramından daha çox Rita Ömərova və Çinarə Vaqif, eləcə də Elgiz Əkbər, İctimai Televiziyanın "Carçı" proqramında Günay Namidar və Ramiz İdrisoğlu nitqlərində ədəbi dilin normalarını daha çox pozan aparıcılar kimi siyahıda yer alıb.  

Son xəbərlər

Orphus sistemi