Bakı. 10 iyun. REPORT.AZ/
"Report"un xəbərinə görə, Prezident
Müsabiqəyə bu ilin aprelin 1-dən mayın 15-nə kimi ölkənin sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, sosial sığortanın mahiyyət etibarilə vergidən üstün olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunub.
Müsabiqənin nəticələrinə görə, "Ən yaxşı məqalələr" nominasiyası üzrə I yeri "Yeni Azərbaycan" qəzetinin müxbiri Mübariz Abdullayev, televiziya kanallarında verilən "Ən yaxşı telesüjetlər" nominasiyası üzrə I yerə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşı Əli Rzayev layiq görülüb.
Bundan başqa, müsabiqənin yekunlarına əsasən, bir neçə jurnalist "Ən yaxşı məqalələr" nominasiyası üzrə fərqləndiklərinə görə diplom və həvəsləndirici mükafata layiq görülüblər.
Fondun sədri
Qeyd edək ki, mükafat alanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı Samirə Abdullayeva da olub.

