Dövlət Miqrasiya Xidmətinə yeni sözçü təyin edilib

Dövlət Miqrasiya Xidmətinə yeni sözçü təyin edilib Bakı. 29 oktyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.
Media
29 Oktyabr , 2018 15:33
Dövlət Miqrasiya Xidmətinə yeni sözçü təyin edilib
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.

"Report"un məlumatına görə, DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu, əməkdar jurnalist Füzuli İsmayılov vəzifəsindən azad edilib.

İdarənin rəis müavini vəzifəsinə jurnalist Elnur Kələntərli təyin edilib.

Qeyd edək ki, Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. “Space” televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 23-də imzaladığı sərəncamla Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.

Son xəbərlər

Orphus sistemi