Dövlət Komitəsi: İnteraz TV-də ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkarlanıb

Dövlət Komitəsi: İnteraz TV-də ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkarlanıb "Bu barədə həmin televiziyaya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyi bildirilib"
Media
26 Oktyabr , 2017 10:15
Dövlət Komitəsi: İnteraz TV-də ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkarlanıb
Report

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Aparılmış monitorinqlər zamanı İnteraz Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunub və bu barədə həmin televiziyaya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyi bildirilib".

"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyevin açıqlamasında deyilir.

O, Milli Məclisin deputatı Fazil Mustafanın İnteraz Televiziyası ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərək qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kütləvi informasiya vasitələrinin, o cümlədən ölkə ərazisində yayımlanan televiziyaların mütəmadi monitorinqini aparır: "Monitorinqlərin nəticələri təhlil olunur və ona uyğun tədbirlər görülür. Bu kimi məsələləri Dövlət Komitəsi həmişə diqqət mərkəzində saxlayır, hüquq və səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görür". 

Son xəbərlər

Orphus sistemi