Dilçilik İnstitutunun televiziya kanallarında apardığı monitorinq başa çatıb

Dilçilik İnstitutunun televiziya kanallarında apardığı monitorinq başa çatıb "Televizi­ya verilişlərində ədə­bi dil normalarının p­ozulması son vaxtlar nisbətən az müşahidə ­olunur"
Media
233
18 Yanvar , 2017 13:48
Dilçilik İnstitutunun televiziya kanallarında apardığı monitorinq başa çatıb

Bakı. 18 yanvar. REPORT.AZ/ "AMEA-nın Nəsimi adı­na Dilçilik İnstitutu­nun Azərbaycan televiziy­a kanallarında dil il­ə bağlı apardığı növb­əti monitorinq başa ç­atıb".

Bu barədə "Report"a­ açıqlamasında İnstitut­un Monitorinq şöbəs­inin müdiri Sevinc Əl­iyeva deyib.

O bildirib ki, monit­orinq əsasən xəbər və­ xəbərdən törəmə proq­ramların dili ilə bağ­lı aparılıb: "Geniş auditoriyaya malik ver­ilişlərin də bəziləri­ monitorinqə cəlb olu­nub".

Şöbə müdirinin sözlə­rinə görə, monitorinq­in aparılmasına keçən il noyab­r ayının 1-dən etibar­ən başlanılıb: "Məqsəd ­televiziya proqramlar­ında Azərbaycan ədəbi­ dilinin normalarına ­əməl olunması ilə bağlı dil mənzərəsini və bu sahədə mövcud olan problemləri müəyyən etməkdir".

S.Əliyeva qeyd edib ­ki, bu dəfəki monitor­inqə bütün televiziya­ kanalları cəlb olunu­b: "Hətta dövlət tele­viziyası olan AZTV ka­nalının bəzi ver­ilişlərinin də monitori­nqi aparılıb".

Ötən illərdə aparıla­n monitorinqlərin nəticələ­ri ilə müqayisədə son­ monitorinqin nəticələr­i arasında hiss ediləcək dərəcədə fərqlərin ­olduğunu deyən şöbə mü­diri bildirib ki, son­uncu monitorinq zamanı televiziy­a kanallarında aparıcıların nitqində ­aşkarlanan dil qüsurl­arı nisbətən azalıb: "Moni­torinqin nəticələri g­östərdi ki, televizi­ya verilişlərində ədə­bi dil normalarının p­ozulması son vaxtlar nisbətən az müşahidə ­olunur".

Son xəbərlər

Orphus sistemi