DGK-nın KİV nümayəndələri üçün təlimində nəzərdə tutulan mövzuların təqdimatı yekunlaşıb

DGK-nın KİV nümayəndələri üçün təlimində nəzərdə tutulan mövzuların təqdimatı yekunlaşıb Bakı. 29 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi Gömrük islahatları və modernləşdirmə mövzusunda təlim davam edir.
Media
29 Sentyabr , 2018 01:22
DGK-nın KİV nümayəndələri üçün təlimində nəzərdə tutulan mövzuların təqdimatı yekunlaşıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim davam edir.

Bu barədə "Report"a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, sentyabrın 28-də, təlimin dördüncü günündə müzakirəsi nəzərdə tutulan mövzuların təqdimatı yekunlaşıb.

Dövlət Gömrük Komitəsi Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov "Gömrük-biznes əməkdaşlığı, mövcud problemlər və onların aradan qaldırılması yolları", Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov və həmin baş idarənin Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsi rəisinin müavini Kazım Səmədov "Elektron gömrük fəlsəfəsi; Azərbaycanda bu sahədə görülən işlər, dünya praktikası , TRS sərhədkeçmə vaxtının ölçülməsi ilə bağlı layihə", Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli "Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər", Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük-Tarif İdarəsinin rəisi Fuad Quliyev "Gömrük rüsumları və növləri, gömrük orqanları tərəfindən alınan vergilər", Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəşinin əməkdaşı Fuad Məmmədov "Gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət" mövzularında təqdimatlarla çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi