Deputat: "Media haqqında" yeni qanun layihəsi jurnalistlər üçün faydalıdır"

Deputat: "Media haqqında" yeni qanun layihəsi jurnalistlər üçün faydalıdır" "Media haqqında " yeni qanunun hazırlanması onu göstərir ki Azərbaycan iqtidarı ölkədə söz və mətbuat azadlığının mövcudluğunda israrlıdır və bu sahədə vəziyyətin qənaətbəxş olmasını istəyir. Həm də mətbuat və söz azadlığının əməldə mümkünlüyünün təmini ü
Media
163
16 Dekabr , 2021 15:43
Deputat: Media haqqında yeni qanun layihəsi jurnalistlər üçün faydalıdır

"Media haqqında" yeni qanunun hazırlanması onu göstərir ki Azərbaycan iqtidarı ölkədə söz və mətbuat azadlığının mövcudluğunda israrlıdır və bu sahədə vəziyyətin qənaətbəxş olmasını istəyir. Həm də mətbuat və söz azadlığının əməldə mümkünlüyünün təmini üçün zəruri qanunvericilik bazası yaradaraq daim onu təkmilləşdirir".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib.

Onun sözlərinə görə, yeni qanun layihəsi və onunla bağlı müzakirələr jurnalistlər, media subyektləri üçün də faydalıdır və medianın (həm də jurnalistlərin) maddi vəziyyətinin yaxşılaşdırılması yönündə müəyyən addımların atılacağını istisna etmir: "1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib, 25 maddə isə tam ləğv edilib. Odur ki, həmin qanuna bir daha dəyişikliklər etməkdənsə, yenisinin qəbulu daha doğru addımdır. Tarixi təcrübə göstərir ki, informasiya sahəsi dünyada ən sürətli inkişaf edən sahələrdəndir".

Baş redaktor deyib ki, bu gün cibində mobil telefonu olan hər bir şəxs çox asanlıqla informasiya toplayıcısına və yayıcısına çevrilə bilir: "İndi informasiyasız ötüşmək mümkün deyil. Özü də informasiya təkcə adi marağımızı təmin etmir. Həm də uğurumuza, biznesimizin inkişafına yardım göstərir. Artıq “informasiya müharibəsi” anlayışı da həyatımızın ciddi reallıqlarındandır. Və bu reallıqları qəbul etməyənləri acı məğlubiyyət gözləyir. 44 günlük Vətən müharibəsində bunun canlı şahidinə çevrildik. Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsində təkbaşına döyüşdü, 30-dan çox dünya KİV-inə, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələr verdi. Azərbaycanın haqq işi, Qarabağ uğrunda müharibə barədə həqiqətləri dünyaya yaydı, feyk xəbərləri ifşa etdi, erməni vəhşiliklərinin üstünü konkret faktlar əsasında açdı. Qarabağ uğrunda Vətən müharibəsində informasiya cəbhəsinin də baş qəhrəmanı oldu. Və əgər bu qələbə olmasaydı, bu sahədəki “döyüşlər” nəzərə alınmasaydı, zəfərimiz belə möhtəşəm və etibarlı olmazdı".

Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov

Deputat vurğulayıb ki, artıq yeni media platformaları, informasiyanı ötürmək üçün yeni texnologiyalar, üsullar yaranıb: "Jurnalistin baş verən yeniliklər barədə oxucuya dərhal informasiya çatdırması məsələsi görünməmiş dərəcədə sürətlənib. Həm də etiraf olunmalıdır ki, sözü və təsviri daha sürətlə yayan elektron media hazırda sosial şəbəkəyə uduzmaqdadır. Sosial şəbəkə isə peşəkarlıqdan, cəmiyyətə obyektiv mövqedən zəruri informasiya çatdırılmasından, insanları vacib bilgilərlə maarifləndirmədən çox uzaqdır. Operativliklə peşəkarlığın qərəzsizlik və dürüstlük müstəvisində birləşdirilməsinə ciddi ehtiyac duyulur. Bütün bunlara söz azadlığı prizmasından baxılsa da, milli maraqlar müəyyən təhlükələri önləməyi və qarşılamağı tələb edir. Xüsusən informasiya istehsalçısının fəaliyyətinin şəffaflığının artırılması baxımından. Bu gün dövlətin informasiya təhlükəsizliyinin qorunması mühüm əhəmiyyətli məsələlərdən biridir. Odur ki, media ilə bağlı qanunvericiliyin daim təkmilləşdirilməsi, yeniliklərin, habelə xoşagəlməz meyillərin nəzərə alınaraq qarşılanması diqqətdən yayınmamalıdır".

B.Əliyev bildirib ki, "Media haqqında" qanun layihəsində diqqət çəkən ən mühüm məqamlardan biri jurnalistlərin vahid reyestrinin yaradılmasıdır: "Bu qanuna əsasən, ilk dəfə olaraq Azərbaycanda vahid media reyestri tərtib ediləcək. Bu reyestrdə ölkədə mövcud olan KİV və jurnalistlər barədə zəruri informasiyalar olacaq".

Son xəbərlər

Orphus sistemi