Qəzet və xəbər saytlarına pul vəsaiti ayrıldı - SİYAHI - VİDEO

Qəzet və xəbər saytlarına pul vəsaiti ayrıldı - SİYAHI - VİDEO MEDİA Agentliyi tərəfindən çap mediası subyektləri üçün təşkil edilən müsabiqə nəticələri açıqlanıb.
Media
1260
1 İyul , 2021 16:55
Qəzet və xəbər saytlarına pul vəsaiti ayrıldı - SİYAHI - VİDEO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediası subyektləri üçün təşkil edilən müsabiqə nəticələri açıqlanıb.

Agentlikdən "Report"a bildirilib ki, MEDİA tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri ilə buradan tanış ola bilərsiniz.

Həmçinin MEDİA tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 000 manat məbləğində maliyyə yardımı göstəriləcək. Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3 000 manat məbləğində maliyyə yardımı göstəriləcək. Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5 000 manat məbləğində vəsait ayrılır.

Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.

Son xəbərlər

Orphus sistemi