Bu il BDU-nun Jurnalistika fakültəsində yeniliklər olacaq

Bu il BDU-nun Jurnalistika fakültəsində yeniliklər olacaq Cahangir Məmmədli: "Televiziya kanallarının ən yaxşı jurnalistləri dərslərə cəlb olunacaq"
Media
114
8 Avqust , 2016 13:45
Bu il BDU-nun Jurnalistika fakültəsində yeniliklər olacaq

Bakı. 8 avqust. REPORT.AZ/ Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində bəzi yeniliklər olacaq. 

Bu barədə "Report"a Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli deyib.

Onun sözlərinə görə, fakültədə tələbələrin yaradıcılıq müsabiqələrinin keçirilməsi planlaşdırılır: "Yaradıcılıq müsabiqəsinin hər semestrdə ən az bir dəfə keçirilməsi nəzərdə tutulub. Müsabiqələr Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçirdiyi müsabiqələr kimi yalnız tələbələr arasında keçiriləcək". 

C.Məmmədli bildirib ki, televiziya kanallarının ən yaxşı jurnalistlərinin də dərslərə cəlb olunması nəzərdə tutulur: "Həmin jurnalistlər fakültədə yaradılan tədris-televiziya studiyasında dərslərə cəlb olunacaqlar".

Kafedra müdiri əlavə edib ki, fakültənin görəcəyi işlərə dəstək olmaq istəyən üç sponsor var: "Ümumiyyətlə, Azərbaycan biznesmenləri arasında fakültəmizin keçirdiyi tədbirlərə kömək etmək istəyənlər çoxdur. Akademik Abel Məhərrəmov da fakültənin işini xüsusi nəzarərtdə saxlayır və fəaliyyətimizi dəstəkləyir".  

Son xəbərlər

Orphus sistemi