​Bu gün Ümumdünya Radio Günüdür

​Bu gün Ümumdünya Radio Günüdür Bu tarix 1946-cı ildən - BMT radiosunun efirə çıxdığı gündən qeyd olunur
Media
6313
13 Fevral , 2016 09:45
​Bu gün Ümumdünya Radio Günüdür

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Ümumdünya Radio Günü qeyd edilir.

“Report” xatırladır ki, bu tarix 1946-cı il fevralın 13-də “BMT radiosu”nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.

Bununla bağlı BMT-nin baş katibi Pan Gi Mun müraciətində qeyd edib ki, 100 il bundan əvvəl icad edilən radio bütün dünyanı əyləndirir və məlumatlandırır, eləcə də demokratik islahatların təşəkkülünə kömək edir.

“Hər il “BMT radiosu” 1200-dən çox sənədli, informasiya və redaksiya materialının simsiz yayımını həyata keçirir”, - BMT baş katibi bildirib.

O, bütün dünyanı bu əlamətdar gündə radionun gücünü xatırlamağa və birgə səylərlə beynəlxalq ictimaiyyəti hamı üçün sülh, inkişaf və insan hüquqlarına əməl etməyə çağırıb.

“Qısadalğalı tezlikdən modullu tezliyədək, hazırda isə peyk yayımı daxil olmaqla, radio insanların harada olmasından asılı olmayaraq onları birləşdirir”, - Pan Gi Mun bildirib.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, dünya ölkələrində ailələrin 75 faizdən çoxu ən azı bir radioqəbulediciyə malikdir. Zaman ötdükcə daha çox insan genişzolaqlı internet vasitəsilə radiodan informasiya və kommunikasiya mənbəyi kimi istifadə edir.

Təşkilat nümayəndələri qeyd edirlər ki, BTİ radio verilişlərindən istifadəni genişləndirməyə çalışır və rəqəmli radio platformaları üçün standartları inkişaf etdirir.

İngilis versiyası Today is World Radio Day

Son xəbərlər

Orphus sistemi