Bu ay MTRŞ telekanalların monitorinq nəticələrini elan edəcək

Bu ay MTRŞ telekanalların monitorinq nəticələrini elan edəcək Monitorinqlərə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları cəlb olunub
Media
1 Avqust , 2017 16:02
Bu ay MTRŞ telekanalların monitorinq nəticələrini elan edəcək

Bakı. 1 avqust. REPORT.AZ/ Avqust ayının ikinci ongünlüyündə Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilati dəstəyi ilə “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan Media məkanında ədəbi dilin qorunması” layihəsi üzrə iyun-iyul ayları ərzində aparılmış ölkə telekanallarının monitorinq nəticələri elan olunacaq.

"Report"un xəbərinə görə, bu barədə MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib.

O bildirib ki, monitorinqlərə Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi