Bərdə Peşə Liseyinə mediatur təşkil edilib

Bərdə Peşə Liseyinə mediatur təşkil edilib Bərdə Peşə Liseyinə mediatur təşkil olunub.
Media
13 Aprel , 2022 16:02
Bərdə Peşə Liseyinə mediatur təşkil edilib

Bərdə Peşə Liseyinə mediatur təşkil olunub.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, mediaturun məqsədi liseydə yaradılan şərait, tədris prosesi və imkanlar haqqında ictimaiyyət nümayəndələrini və jurnalistlərin məlumatlandırılmasından ibarət olub.

Mediatur iştirakçılarına peşə təhsil müəssisəsinin tarixi, təmirdən öncəki vəziyyəti, pedaqoji heyəti, həmçinin liseyin yeni infrastrukturu haqqında geniş məlumat verilib.

Bildirilib ki, peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən şərait yaradılıb:

“Bərdə Peşə Liseyi maddi texniki baza ilə tam təchiz olunub. Burada 4 mərtəbəli tədris binası, 2 ədəd hər biri 192 yerlik yataqxana, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib. Peşə liseyi Bərdə və ətraf regionlardan olan 1200 tələbəyə 7 peşə sahəsi istiqamətində 30-a qədər ixtisas üzrə təhsil imkanı yaradır”.

İnfotur çərçivəsində peşə təhsil müəssisəsini bitirmiş və müxtəlif istiqamətlər üzrə uğurlu karyera quran məzunlarla da görüş keçirilib.

Görüş zamanı qonaqların təcrübəsi dinlənilib və peşə təhsilində hazırda olan vəziyyət və gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Mediatur iştirakçıları liseydə yaradılan şəraitlə, emalatxanalarla əyani şəkildə tanış olublar.

Səfər çərçivəsində iştirakçılar işəgötürən qurum “Aqroservis” ASC-nin Bərdə regional nümayəndəliyində tələbələrin istehsalat təcrübəsi prosesini izləyiblər.

Son xəbərlər

Orphus sistemi