Bakıdakı yanğında baş redaktorun nəvəsi və həyat yoldaşı tüstünün təsirinə məruz qalıb

Bakıdakı yanğında baş redaktorun nəvəsi və həyat yoldaşı tüstünün təsirinə məruz qalıb Bakı. 25 fevral. REPORT.AZ/ “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin nəvəsi və həyat yoldaşı paytaxtın Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həmin binada olub.
Media
123
25 Fevral , 2019 15:23
Bakıdakı yanğında baş redaktorun nəvəsi və həyat yoldaşı tüstünün təsirinə məruz qalıb

Bakı. 25 fevral. REPORT.AZ/ “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin nəvəsi və həyat yoldaşı paytaxtın Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həmin binada olub.

“Report” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə, A.Quliyevin yaşadığı həmin binada sakinlərlə birlikdə onun 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanım da təxliyyə edilib. 

Aydın Quliyev “Report”a açıqlamasında bildirib ki, tüstüdən zərər çəkən nəvəsi və həyat yoldaşının səhhətində ciddi bir şey yoxdur: “Həyat yoldaşım yaşlı olduğundan bir az özünü pis hiss edib. Yanğınsöndürənlər sağ olsunlar ki, vaxtında onları xilas edə biliblər. Həkimlər dərhal ilkin yardım göstəriblər. Hazırda hər ikisi özlərini yaxşı hiss edir və qohumlarımızın evinə apardıq”.

Baş redaktor qeyd edib ki, hadisəyə səbəb kimi binanın liftinin şaxtasında başlayan tüstülənmə göstərilir: “Aşağıdan başlayan yanğın nəticəsində yuxarı mərtəbələrə kimi qara tüstü qalxıb. Biz 11-ci mərtəbədə yaşayırıq. Hadisə yerinə gedəndə binanı tanımaq mümkün deyildi”. 

Son xəbərlər

Orphus sistemi