Baş redaktordan gənclərə məsləhət: “30 yaşa kimi mənfəət güdməyi unudun”

Baş redaktordan gənclərə məsləhət: “30 yaşa kimi mənfəət güdməyi unudun” Oxu.az saytının baş redaktoru Ülvi Səfərov Report Media Məktəbinin tələbələri ilə görüşüb.
Media
7 Aprel , 2023 17:40
Baş redaktordan gənclərə məsləhət: “30 yaşa kimi mənfəət güdməyi unudun”
Ülvi Səfərov

Oxu.az saytının baş redaktoru Ülvi Səfərov Report Media Məktəbinin tələbələri ilə görüşüb.

“30 yaşa kimi mənfəət güdməyi unudun. Bu, sizi irəli aparmayacaq” – baş redaktor onlara müəyyən yaşa qədər mənfəət güdməyi unutmağı təklif edib.

“Report” xəbər verir ki, peşənin incəliklərindən danışan baş redaktor jurnalistin hər gün bilik əldə etməsinin əhəmiyyətli olduğunu vurğulayıb:

“Jurnalistika həyat tərzidir. Gənclərin bu sahədə çalışması üçün onların iş ehtirasının güclü olması vacibdir. Karyerada uğur qazanmaq üçün diqqəti yalnız özünü inkişafa yönəltmək lazımdır”.

Ülvi Səfərov 1991-ci il martın 8-də Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyorluq sənəti üzrə təhsil alıb. İlk işi yeri ANS TV olub. Daha sonra Bakı Film Akademiyası, “Lider” kanalında çalışıb. Hazırda Oxu.az saytının baş redaktorudur.

Son xəbərlər

Orphus sistemi