Baş Prokurorluq media orqanının rəhbərinə xəbərdarlıq edib

Baş Prokurorluq media orqanının rəhbərinə xəbərdarlıq edib Qurum qəhrəmancasına həlak olmuş hərbçilərimizin meyitlərini və digər informasiyaları əks etdirən videogörüntülər yayıb
Media
28 Fevral , 2017 19:12
Baş Prokurorluq media orqanının rəhbərinə xəbərdarlıq edib

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən media orqanına xəbərdarlıq edilib.  

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azərbaycan 24” xəbər portalının internet saytında, eləcə də “YouTube” sosial şəbəkəsinin həmin xəbər portalına məxsus kanalında cari il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu ərazilərdə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdən Azərbaycanın mövqelərinə soxulmağa cəhd göstərərkən baş verən döyüşlərdə qəhrəmancasına həlak olmuş hərbçilərimizin meyitlərini və digər informasiyaları əks etdirən videogörüntülər yerləşdirilib.

Bununla əlaqədar, xəbər portalının baş redaktoru Elgün İbrahimov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu portalda hərbi sirr təşkil edən, düşmən tərəfinin maraqlarına xidmət edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. 

Son xəbərlər

Orphus sistemi