Baş katib: "Azərbaycanda ​"Elektron KİV haqqında" qanun layihəsi hazırlanacaq"

Baş katib: "Azərbaycanda ​"Elektron KİV haqqında" qanun layihəsi hazırlanacaq" AFFA rəsmiləri məsələni Milli Məclisin komitə sədri ilə müzakirə edəcək
Media
28 Yanvar , 2016 14:04
Baş katib: Azərbaycanda ​Elektron KİV haqqında qanun layihəsi hazırlanacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ "AFFA "Elektron kütləvi informasiya vasitələri haqqında" qanun layihəsinin qəbulu təşəbbüsü ilə çıxış edib". "Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov bu gün idman təmayüllü elektron KİV nümayəndələri ilə görüş zamanı deyib.

O bildirib ki, indiyədək digər KİV-lər (çap, televiziya, radio) haqqında qanunlar qəbul olunsa da, elektron mətbuat üçün bu istiqamətdə heç bir addım atılmayıb: "Biz bu təşəbbüslə çıxış etmişik. Hazırkı şəraitdə bizim bu məsələni ictimaiyyətə, dövlətə və Milli Məclisə çatdırmağımız üçün əla fürsət var. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovla danışmışıq və onunla görüşümüz olacaq. İstərdik ki, "Elektron KİV haqqında" qanun layihəsi hazırlansın və Milli Məclisdə qəbul olunsun".

Qeyd edək ki, bu gün AFFA rəsmiləri ilə elektron idman KİV-lərinin təmsilçiləri arasında görüş keçirilib. 

Son xəbərlər

Orphus sistemi