Balaş Qasımov: “Rusiya mətbuatı ilə əməkdaşlığa hazırıq”

Balaş Qasımov: “Rusiya mətbuatı ilə əməkdaşlığa hazırıq” “Cənubi Qafqaz ölkələri ilə mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacib əhəmiyyətə malikdir”.
Media
23 May , 2023 14:38
Balaş Qasımov: “Rusiya mətbuatı ilə əməkdaşlığa hazırıq”

“Cənubi Qafqaz ölkələri ilə mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacib əhəmiyyətə malikdir”.

"Report"un Moskvaya ezam olmuş əməkdaşı xəbər verir ki, bunu “Birinci Kanal”ın İnformasiya Proqramları Direktorluğunun rəhbəri Kirill Kleymenov Rusiyanın TASS dövlət agentliyində “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

K.Kleymenovun sözlərinə görə, Cənubi Qafqazdan məlumat çatışmazlığı olduğu üçün bu sahədə əməkdaşlığın inkişafına böyük ehtiyac var və “Birinci Kanal” vəziyyəti düzəltmək üçün Azərbaycan mətbuatı ilə əməkdaşlığa hazırdır.

Azərbaycan İctimai Televiziyasının rəhbəri Balaş Qasımov öz növbəsində qeyd edib ki, xaricdə Azərbaycan və ölkənin reallıqları haqqında mümkün qədər çox məlumat təqdim etmək üçün rəhbərlik etdiyi kanal Rusiya KİV-ləri ilə əməkdaşlığa və bunun üçün hər cür texniki dəstəyi göstərməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi