Bakıda jurnalistlər üçün təlim keçirilib

Bakıda jurnalistlər üçün təlim keçirilib Bakıda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün seminar keçirilib.
Media
834
2 Dekabr , 2020 17:27
Bakıda jurnalistlər üçün təlim keçirilib
0 : 00
0 : 00

Bakıda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün seminar keçirilib.

"Report" xəbər verir ki, müharibə jurnalistikası, müharibələrin işıqlandırılması qaydaları və vərdişləri, jurnalistin təhlükəsizliyi qaydaları, qaynar nöqtələrdə işləyən jurnalistlərin müharibə cinayətlərinin həm yerli, həm də dünya ictimaiyyətinə necə çatdırılmasından bəhs edən seminar üç gün davam edib.

Norveçin Helsinki Komitəsi tərəfindən təşkil olunan seminarda təlimçi kimi Özbəkistanda anadan olan rejissor, prodüser və hazırda İngiltərədə yaşayan Şahidə Tulaqanova iştirak edib.

Həmçinin jurnalistlər üçün ilkin tibbi yardım təlimləri keçirilib.

Sonda təlimdə iştirak edən jurnalistlərə sertifikat təqdim olunub.

Son xəbərlər

Orphus sistemi