“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib

“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilir.
Media
19 May , 2022 21:04
“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib

Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin (MEDİA) və Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib.

"Report" xəbər verir ki, 40-a yaxın media nümayəndəsinin qatıldığı təlimdə Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Məhkəmə-Hüquq Şurasının, Mediasiya Şurasının rəhbər və məsul şəxsləri, Bakı şəhər Yasamal Rayon məhkəməsinin sədri və spiker-hakimlər iştirak ediblər.

Təlimi giriş sözü ilə açan Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova ədliyyə orqanlarının və məhkəmələrin media ilə dialoqun, sosial media fəaliyyətinin gücləndirilməsi ilə bağlı ardıcıl işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, bu təlimin media nümayəndələri, həmçinin ədliyyə sahəsində mətbuata məsul əməkdaşlar və spiker-hakimlər üçün kommunikasiyanın daha effektiv həyata keçirilməsi baxımından faydalı olacaq.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin başlıca hədəfinin ədliyyə orqanları ilə medianın münasibətlərinin daha da şəffaflaşdırılması işinə xidmət olduğunu deyib. Bu münasibətlərin ölkəmizin beynəlxalq imici üçün müstəsna əhəmiyyətinin olduğunu deyən Natiq Məmmədli jurnalistlərin kommunikasiyaya qoşulmasının cəmiyyətin daha çox məlumatlandırılması baxımından önəmli olduğunu diqqətə çatdırıb.

Sonra əhalinin hüquqi maarifləndirilməsində Ədliyyə Nazirliyinin rolu, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə fəaliyyəti, məhkəmələrin müstəqilliyi, onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi və şəffaflıq, məhkəməyə qədər mübahisələrin həllində mediasiyanın rolu, media sahəsində qanunvericiliyinin prioritetləri, ədliyyə orqanlarında və məhkəmələrdə media ilə işin təşkili, bu sahədə kommunikasiya strategiyası və sosial media siyasəti ilə bağlı mövzularda məruzələr dinlənilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Sonda media nümayəndələrinə təlimdə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.

11:36

Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilir.

"Report"un xəbərinə görə, tədbirdə çıxş edən Ədliyyə Nazirliyi İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, təlimdə əldə olunacaq biliklər jurnalistlərin gündəlik iş rejiminə müsbət təsir göstərəcək.

Daha sonra Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib ki, ədliyyə orqanları ilə jurnalistlərin işi ölkəmizin beynəlxalq imicinə bir başa təsir edən amillərdən biridir.

Onun sözlərinə görə, cəmiyyətin media savadlılığını artırılması istiqamətində bir çox tədbirlər keçirir: "Biz ötən il 600-dan çox jurnalist üçün təlim keçirmişik. Media İnkişaf Agentliyi olaraq bu il də 800-ə yaxın jurnalistlər üçün təlim keçirəcəyik. Bugünkü təlim də sahəvi jurnalistikanın inkişafına təkan verməkdir. Hər bir qurum jurnalistə xəbər verməsində problem yaratmamalıdır. Əks halda qeyri-dəqiq məlumatların yayılmasına səbəb olar".

Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiyasının) İdarə Heyətinin sədri Ələddin Cəfərov və digər şəxslər də çıxış edib.

Təlimdə Azərbaycan məhkəmələri tarixini əks etdirən videoslayd nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi