Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin redaktoru (Mətbuat xidmətinin rəhbəri) Qalib Rəhimov işdən çıxarılıb.
Media
3005
19 Oktyabr , 2018 11:06
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin redaktoru (Mətbuat xidmətinin rəhbəri) Qalib Rəhimov işdən çıxarılıb.

“Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin “Polis” qəzetinin redaktoru vəzifəsinə (Mətbuat xidmətinin rəhbəri) Elşad Hacıyev təyin edilib.

E.Hacıyev bu təyinata qədər BŞBPİ-nin “Polis” qəzetinin əməkdaşı olub.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi