​Azərbaycan Mətbuat Şurası yeni layihəyə başlayıb

​Azərbaycan Mətbuat Şurası yeni layihəyə başlayıb Layihə 2014-cü ilin avqust-dekabr aylarını əhatə edəcək
Media
18 Avqust , 2014 16:16
​Azərbaycan Mətbuat Şurası yeni layihəyə başlayıb
Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsinə start verib. Şuradan Report-a verilən məlumata görə, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdiriləcək layihənin məqsədi mətbuatda ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaqdan, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin təminatından ibarətdir. Layihə 2014-cü ilin avqust-dekabr aylarını əhatə edəcək.

“Layihə çərçivəsində Gəncə və Şəki şəhərlərində “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa”ların təşkili planlaşdırılır. Həmçinin paytaxtda “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda konfrans da keçiriləcək” - deyə, məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi