"Azxeber"in 10 yaşı tamam olur

"Azxeber"in 10 yaşı tamam olur Bu gün Azxeber.com informasiya portalının yaranma günüdür.
Media
13 Aprel , 2020 16:39
Azxeberin 10 yaşı tamam olur

Bu gün "Azxeber.com" informasiya portalının yaranma günüdür.

"Report"un xəbərinə görə, informasiya portalının 10 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər - Hacıbəy Heydərli Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən "Azxeber.com" intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

Belə ki, portalın rəsmi "Facebook” səhifəsini 600 min, "Instagram"da isə 480 mindən çox insan bəyənib.

Eyni zamanda portalın "Twitter”, "Youtube” və "Telegram” sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

“Report” İnformasiya Agentliyinin kollektivi "Azxeber"də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayır!

Son xəbərlər

Orphus sistemi