Azxeber.com informasiya portalının 6 yaşı tamam olur

Azxeber.com informasiya portalının 6 yaşı tamam olur Bu sayt həm də sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır
Media
242
13 Aprel , 2016 08:41
Azxeber.com informasiya portalının 6 yaşı tamam olur

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Azxeber.com informasiya portalının 6 yaşı tamam olur.

"Report"un xəbərinə görə, 2010-cu il aprel ayının 13-də BDU-nun tələbələri Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Beynəlxalq sayğac sistemi olan "Google Analytics"ə görə portala son 1 ayda 2 milyon ziyarətçi daxil olub.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır. Belə ki, portalın rəsmi "facebook" səhifəsini 400 minə yaxın insan bəyənib. Eyni zamanda portalın "Twitter", "İnstagram", "Youtube" və "Myvideo" sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

Son xəbərlər

Orphus sistemi