"AzVision.az" xəbər portalının 5 yaşı tamam olub

"AzVision.az" xəbər portalının 5 yaşı tamam olub Portal ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır
Media
2 Oktyabr , 2017 17:27
AzVision.az xəbər portalının 5 yaşı tamam olub

Bakı. 2 oktyabr. REPORT.AZ/ "AzVision.az" xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür. 

“Report”un məlumatına görə, 8 dildə xəbər yayan portal 2012-ci ilin oktyabrın 1-də işə başlayıb. 

"AzVision.az" ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır. Sayt əyləncə və şou xarakterli məlumatlara yer ayırmır və ictimai-siyasi xarakterli ciddi media quruluşu olmağa iddialıdır.

"AzVision.az" müxtəlif sahələrə aid özünün fərqli rubrikalarını və yanaşmalarını oxucularına çatdırır. Saytda multimedia materiallarına üstünlük verilir. Saytın baş redaktoru Vüsal Məmmədovdur.

“Report” İnformasiya Agentliyinin kollektivi “AzVision”çuları ad günü münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır!

Son xəbərlər

Orphus sistemi