AzTV və İTV üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artırılıb

AzTV və İTV üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artırılıb AzTV üçün vəsaitin həcmi 736 593, İTV üçün isə 302 640 manat artırılıb
Media
4 noyabr 2017 08:22
AzTV və İTV üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi artırılıb

Bakı. 4 noyabr. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) gələn ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.

“Report” xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, AzTV-yə növbəti ildə 31 822 507 (2017-ci ildə 31 085 914 AZN olub), İTV-yə isə 11 618 112 (2017-ci ildə 11 315 472 AZN olub) manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, AzTV üçün vəsaitin həcmi 736 593, İTV üçün isə 302 640 manat artırılıb.  

Qeyd edək ki, büdcə layihəsi noyabrın 7-də komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi