AzTV Şuşada yayıma başlayıb

AzTV Şuşada yayıma başlayıb AzTV-nin Şuşa bürosunun yaradılması da nəzərdə tutulur
Media
25 Dekabr , 2020 18:01
AzTV Şuşada yayıma başlayıb

Azərbaycan Televiziyası (AzTV) teleməkanda ilk dəfə Şuşa şəhərində yayıma başlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür.

“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”, - deyə şöbədən bildirilib.

Bundan başqa, AzTV-nin Şuşa bürosunun yaradılması da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi