AzTV-də yeni kadr təyinatı oldu - FOTO

AzTV-də yeni kadr təyinatı oldu - FOTO Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.
Media
1341
6 Mart , 2020 17:30
AzTV-də yeni kadr təyinatı oldu - FOTO
0 : 00
0 : 00

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.

"Report" xəbər verir ki, bununla bağlı AzTV-nin sədri Rövşən Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Xalid Əliyev AzTV-nin Beynəlxalq müxbir postları və xarici xəbərlər studiyasının direktoru təyin olunub.

Qeyd edək ki, X.Əliyev bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və kommunikasiya departamentinin direktoru vəzifəsində çalışıb. O daha əvvəl uzun müddət "Lider" televiziyasında müxtəlif vəzifələrdə işləyib.

Xalid Əliyev
Xalid Əliyev

Son xəbərlər

Orphus sistemi