“Azərbaycan Televiziya və Radio Verilişləri” (
AzTV-dən "Report"a verilən məlumata görə, iclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək bu il görüləcək işlər və gözləntilər barədə qısa məlumat verib.
Sədr qeyd edib ki, artıq bu il İdman Tv-nin səhər proqramı efirə çıxacaq və bununla hər üç (AzTV, Mədəniyyət TV və İdman TV) kanalın ayrıca səhər proqramı olacaq. Mədəniyyət TV-nin səhər studiyasının yenidən tikildiyini deyən R.Məmmədov bildirib: “Bu il AzTV-də yeni daha maraqlı və daha dinamik verilişlər görəcəksiniz. İl ərzində daha yeni studiyaların tikilməsi planlaşdırılır. Verilişlər arasında rəqabət müşahidə olunur. Eyni zamanda “Hüquq və mən”, “Baku s Nadejdoy” kimi verilişlərin çəkilişləri artıq başlanılıb və yaxın günlərdə yayımlanması planlaşdırılır".
İclasda Şura üzvləri Xalq artisti Mübariz Tağıyev, Xalq artisti












