AzNews.az saytının 4 yaşı tamam olur

AzNews.az saytının 4 yaşı tamam olur “Report”un kollektivi “AzNews”da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!
Media
1 Avqust , 2016 10:37
AzNews.az saytının 4 yaşı tamam olur

Bakı. 1 avqust. REPORT.AZ/ AzNews.az saytının fəaliyyətə başlamasından 4 il ötür.

“Report”un xəbərinə görə, 2012-ci il avqustun 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan AzNews.az ötən 4 il müddətində özünəməxsus imic formalaşdırmağı, geniş auditoriyaya sahiblənməyi bacarıb. Aylıq izləyicisi 1 milyona yaxın olan sayt Azərbaycan mediasının əsas istinad olunan mənbələrindən biri hesab olunur. Saytın eksklüziv xəbərləri bəzən dünyanın ən nüfuzlu saytlarında da yer alır. İctimai fikrin formalaşdırılmasında ciddi rol oynayan AzNews.az fasiləsiz olaraq oxucularını informasiya ilə təmin edir.

Saytın peşəkarlardan ibarət kollektivi bundan sonra da müsahibələr, reportajlar müəllif yazılarının təqdimatını davam etdirəcək.

“Report”un kollektivi “AzNews”da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Son xəbərlər

Orphus sistemi