AzərTAc-ın informasiya tərəfdaşlığı ilə Londonda “Mərkəzi Asiya və Azərbaycan enerji ayrıcında” mövzusunda konfrans keçiriləcək

AzərTAc-ın informasiya tərəfdaşlığı ilə Londonda “Mərkəzi Asiya və Azərbaycan enerji ayrıcında” mövzusunda konfrans keçiriləcək Britaniyadan, Mərkəzi Asiyadan və Azərbaycandan aparıcı ekspertlərin iştirakı ilə panel müzakirələrin aparılması planlaşdırılır
Media
141
8 Noyabr , 2014 08:46
AzərTAc-ın informasiya tərəfdaşlığı ilə Londonda “Mərkəzi Asiya və Azərbaycan enerji ayrıcında” mövzusunda konfrans keçiriləcək

Bakı. 8 noyabr. REPORT.AZ/ Noyabrın 26-da “Eurasian Dynamics” şirkətinin təşkilatçılığı ilə Londonda “Mərkəzi Asiya və Azərbaycan enerji ayrıcında” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. “Report”un məlumatına görə, Mərkəzi Asiya və Azərbaycanda dəyişən enerji mənzərələri haqqında eksklüziv analizlərin təqdim olunacağı konfransda, mövzu ətrafında balanslaşdırılmış təqdimatlar, Britaniyadan, Mərkəzi Asiyadan və Azərbaycandan aparıcı ekspertlərin iştirakı ilə panel müzakirələrin aparılması planlaşdırılır. Regionun dinamikası beynəlxalq aləmin diqqətini xüsusilə enerji və maliyyə tərəfdaşlığı cəhətdən əhəmiyyətli dərəcədə cəlb edir. Azərbaycanda mövcud enerji layihələri barədə yeniliklər, Çin, Rusiya və Qazaxıstanın Mərkəzi Asiyada enerji sahəsindəki rolu, və başqa mövzular konfransda əsas müzakirə obyekti olacaq. Konfransın açılışı Böyük Britaniya hökumətinin nazirlik səviyyəsindəki nümayəndəsi tərəfindən yerinə yetiriləcək. Konfrans Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə yanaşı “İnterfaks” və “Blumberq” agentlikləri, “Avropa Enerji”, “Neft və Qaz Texnologiyası”, “Müstəqil Kimyəvi İnformasiya Xidməti” (ICIS) “NRG Expert” və başqa nüfuzlu xəbər portallarının informasiya tərəfdaşlığı ilə keçiriləcək. Aşağıdakı link vasitəsilə konfrans haqqında daha məlumat almaq və qeydiyyatdan keçmək mümkündür:

http://www.eurasiandynamics.com/energy-crossroads.html

Son xəbərlər

Orphus sistemi