Azərbaycanda telekanal və radiolarda efirin monitorinqi aparılıb

Azərbaycanda telekanal və radiolarda efirin monitorinqi aparılıb Azərbaycanda il ərzində televiziya və radio kanallarının efirinin monitorinqi aparılıb.
Media
27 dekabr 2021 16:06
Azərbaycanda telekanal və radiolarda efirin monitorinqi aparılıb

Azərbaycanda il ərzində televiziya və radio kanallarının efirinin monitorinqi aparılıb.

"Report" xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarxli Fərmanına uyğun olaraq Dövlət Dili Komissiyasının Monitorinq Mərkəzi ilə əməkdaşlıq qurulub.

Monitorinqin aparılması ilə bağlı Şura Mərkəzi zəruri yayım materialları ilə təmin edib. Monitorinqin nəticələri dərc ediləndən sonra bu sahədə Şura Mərkəz ilə əməkdaşlığını davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi