Azərbaycanda kabel şəbəkəsi yayımçıları üçün bəzi proqramların yayımı məcburiləşdirilir

Azərbaycanda kabel şəbəkəsi yayımçıları üçün bəzi proqramların yayımı məcburiləşdirilir Bu, yeni hazırlanan "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsində əksini tapıb
Media
20 Aprel , 2017 15:20
Azərbaycanda kabel şəbəkəsi yayımçıları üçün bəzi proqramların yayımı məcburiləşdirilir

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanda kabel şəbəkəsi yayımçısı dövlət ehtiyacları məqsədi ilə icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən teleradio yayımı üçün lisenziya verilmiş yayımçıların proqramlarını ödənişsiz yayımlamağa borcludur.

"Report"un xəbərinə görə, bu, yeni hazırlanan "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan abonentin yaşayış və qeyri-yaşayış sahələrində kabel şəbəkəsinə teleradio proqramlarında monitorinq məqsədilə hər hansı müdaxilə qadağandır.

Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi