Azərbaycanda ilk aqreqator saytı yaradılıb

Azərbaycanda ilk aqreqator saytı yaradılıb Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günündə Azərbaycanda ilk xəbər aqreqatoru olan Aqreqator.az saytı fəaliyyətə başlayıb.
Media
7 Fevral , 2018 13:48
Azərbaycanda ilk aqreqator saytı yaradılıb

Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günündə Azərbaycanda ilk xəbər aqreqatoru olan Aqreqator.az saytı fəaliyyətə başlayıb.

Saytın redaksiyasından "Report"a daxil olan məlumata görə, oxucular ölkənin bütün aparıcı xəbər agentlikləri və portallarının dərc etdikləri xəbərləri bir pəncərədə izləyəcəklər.

Saytda hər dəqiqə əsas xəbərlərin başlıqları yerləşdiriləcək. Oxucu özünü maraqlandıran başlığı seçdikdə həmin xəbər olduğu saytda açılacaq.

Bütün mediada yayılan informasiyalar vahid xəbər lentində təqdim ediləcək, oxucu ancaq bir sayta girməklə bütün saytları və xəbərləri izləmək imkanı əldə edəcək.

Son xəbərlər

Orphus sistemi