Azərbaycanda dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin sayı 5200-ə çatıb

Azərbaycanda dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin sayı 5200-ə çatıb Ədliyyə Nazirliyinin qeydə aldığı QHT-lərin sayı isə 4180 təşkil edir
Media
26 yanvar 2018 15:45
Azərbaycanda dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin sayı 5200-ə çatıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanda dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin sayı 5200-ə çatıb.  

"Report"un məlumatına görə, bu barədə yanvarın 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Nazirliyin struktur qurumlarının, yerli və regional ədliyyə idarələrinin rəhbərlərinin, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən 2017-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib. 

Yığıncaqda həmçinin qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və Nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4180 təşkil edir. 

Son xəbərlər

Orphus sistemi