"İl ərzində əsas monitorinq istiqamətlərindən biri də əcnəbi serialların yayımlanmasına nəzarət olub".
"Report" xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb.
Bu sahədə yayımçılar tərəfindən pozuntu faktları aşkarlanmayıb.
Seriallar tam olaraq dublyaj olunmuş vəziyyətdə, yayımçılara icazə verilmiş kvota və müddətlərdə yayımlanır.