Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə sənədləşmə işləri yekunlaşmaq üzrədir

Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə sənədləşmə işləri yekunlaşmaq üzrədir Hazırda Mətbuat Şurasına üzv qurumların tədbirdə iştirak edəcək nümayəndələrinin siyahısı dəqiqləşdirilir
Media
344
27 Fevral , 2018 23:55
Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə sənədləşmə işləri yekunlaşmaq üzrədir

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi ali məclislə əlaqədar sənədləşmə işlərini yekunlaşdırmaq üzrədir.

Təşkilat Komitəsindən "Report"a verilən məlumata görə, hazırda Mətbuat Şurasına üzv qurumların tədbirdə iştirak edəcək nümayəndələrinin siyahısı dəqiqləşdirilir.

Bildirilir ki, eyni zamanda üzv təşkilatlar tərəfindən Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmaq üçün namizədlərin verilməsi prosesi də başa çatmaqdadır.

Jurnalistlərin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi fevralın 5-dən bu günədək üzv təşkilatlarla təmaslar qurub, müvafiq məlumatlandırma işləri aparıb, təşkilatların MŞ İdarə Heyətinə seçilmək üçün qurultayda adları səsvermə bülleteninə daxil ediləcək namizədləri ilə bağlı anketlərinə cavablarını qruplaşdırıb.

Anketlərdə ən çox səs toplamış 24 jurnalist, 18 ictimaiyyət nümayəndəsi və 9 internet informasiya resursu təmsilçisi olan namizədin adının yer aldığı vahid seçki bülleteni tərtib ediləcək.

İndiyədək qurultayda iştirak etmək üçün 170 təşkilatdan 205 nümayəndə qeydiyyatdan keçib.

Son xəbərlər

Orphus sistemi