Azərbaycan dilinin saflığını qorumaqla bağlı çağırış edilib

Azərbaycan dilinin saflığını qorumaqla bağlı çağırış edilib Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi hər kəsi Azərbaycan dilinin saflığını qorumağa çağırıb.
Media
12 May , 2022 11:47
Azərbaycan dilinin saflığını qorumaqla bağlı çağırış edilib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi hər kəsi Azərbaycan dilinin saflığını qorumağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva məlumat verib.

"Təəssüf hissi ilǝ qeyd etmək lazımdır ki, dublyaj olunan filmlərin monitorinqi zamanı aşkara çıxardığımız yanlışlıqlar ana dilimizin inkişafına mane olur, ədəbi dilimizə yad təsirlərin nüfuz etməsinə yol açır. Ana dili bizim ən mühüm mənəvi dəyərimizdir. Dilimizin saflığını qorumaq hər birimizin ümdə vətəndaşlıq borcudur. Biz Azərbaycan ədəbi dilinin bütün norma və prinsiplərinə riayət etməklə həm səlis, rəvan nitqə, savadlı danışıq qabiliyyətinə malik ola, həm də milli kimliyimizi qoruya bilərik".

 Günel Hacıyeva
Günel Hacıyeva

Son xəbərlər

Orphus sistemi