“Report”un məlumatına görə, sənədləri AzərTAc-ın baş direktoru Aslan Aslanov, VNA-nın baş direktoru Nquyen Duk Loi, “Kazinform”un baş direktoru Dauren Diyarov, BERNAMA-nın baş direktoru Yonq So Heonq, WAM-ın baş direktoru Camal Nasser əl-Suvayder imzalayıblar.
Sənədlərə əsasən, AzərTAc ilə bu agentliklər arasında xəbərlərin mübadiləsi həyata keçiriləcək, qazanılmış təcrübələrdən yararlanmaq üçün əməkdaşların qarşılıqlı səfərləri təşkil olunacaq.