Avtosfer.az-ın 8 yaşı tamam olur

Avtosfer.az-ın 8 yaşı tamam olur Bu gün Avtosfer.az saytının yaranma günüdür.
Media
11 Aprel , 2022 17:17
Avtosfer.az-ın 8 yaşı tamam olur

Bu gün Avtosfer.az saytının yaranma günüdür.

"Report"un xəbərinə görə, saytın 8 yaşı tamam olur.

Avtosfer.az saytı 2014-cü ildə "Jurnalistika və İnkişaf Mərkəzi" İB tərəfindən həyata keçirilən "Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr" adlı layihə çərçivəsində yaradılıb.

Qısa müddətdə yol hərəkəti qaydaları, avtomobil xəbərləri və ümumilikdə nəqliyyat sahəsində ixtisaslaşmış sayta çevrilən Avtosfer.az fəaliyyət göstərdiyi illər ərzində ölkənin ən peşəkar və tanınmış saytları sırasına qalxa bilib.

Bu gün nəqliyyatın bütün sahələrini özündə birləşdirən Avtosfer.az sürücü, piyada və ümumilikdə cəmiyyətimiz üçün faydalı olan bir məkana çevrilə bilib.

Avtosfer.az bu 8 ildə kifayət qədər auditoriya toplaya bilib.

Son xəbərlər

Orphus sistemi