ANS TV-yə yeni baş redaktor təyin edilib - FOTO

ANS TV-yə yeni baş redaktor təyin edilib - FOTO Bundan əvvəlki baş redaktor Mir Şahin Ağayev olub
Media
2 İyun , 2016 11:32
ANS TV-yə yeni baş redaktor təyin edilib - FOTO

Bakı. 2 iyun. REPORT.AZ/ ANS Müstəqil Yayım və Media Şirkətində yeni təyinat olub.

Şirkət prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, ANS TV-nin baş redaktoru vəzifəsinə şirkətin keçmiş əməkdaşı Fidan Quliyeva təyin edilib.

M.Məmmədovun sözlərinə görə, Fidan Quliyeva dünəndən vəzifəsinin icrasına başlayıb.

“Çox şadıq ki, Fidan yenidən ANS-ə qayıdıb” - deyə, Mais Məmmədov əlavə edib.

Xatırladaq ki, uzun müddət ANS TV-də yayımlanan “İç xəbər” verilişində aparıcı kimi fəaliyyət göstərən F.Quliyeva televiziyadan ayrılaraq “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqəlar şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi