Ankarada “Hərbi jurnalistika” təlimi yekunlaşıb, azərbaycanlı jurnalistlər təltif edilib

Ankarada “Hərbi jurnalistika” təlimi yekunlaşıb, azərbaycanlı jurnalistlər təltif edilib Türkiyənin Ankara şəhərində Anadolu Agentliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə Polis Akademiyası və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzusunda keçirilən
Media
230
20 Avqust , 2021 13:21
Ankarada “Hərbi jurnalistika” təlimi yekunlaşıb, azərbaycanlı jurnalistlər təltif edilib

Türkiyənin Ankara şəhərində Anadolu Agentliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə Polis Akademiyası və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzusunda keçirilən təlimlər başa çatıb.

"Report" xəbər verir ki, təlimin sonuncu günündə - avqustun 20-də Türkiyə Polis Akademiyasında təltifetmə mərasimi keçirilib.

Tədbirdə Türkiyə Polis Akademiyasının rəisi Yılmaz Çolak, rəis müavini Fatih İnal, Türkiyə Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş, Anadolu Agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz, Anadolu Agentliyinin Akademiya direktoru Bora Bayraktar, TİKA-nın Xarici əlaqələr və tərəfdaşlar departamentinin rəhbəri Uğur Tanyeli iştirak edib.

Mərasimdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, eyni zamanda Qarabağ müharibəsində canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkiyə Cümhuriyyətinin Dövlət Himni səsləndirilib.

Tədbirdə Türkiyə Polis Akademiyasının rəisi Yılmaz Çolak, Türkiyə Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş, Anadolu Agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz çıxış ediblər.

Sonda təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan "Hərbi jurnalistika sertifikatı" ilə təltif olunublar.

Qeyd edək ki, təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.

Avqustun 9-dan 20-dək davam edən təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat verilib. Təxminən 60 faizi praktiki hissədən ibarət olan dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçirilib.

Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunan təlimlərdə iştirak ediblər.

Təlimdə "Report" İnformasiya Agentliyinin əməkdaşı İsmayıl Nəsibli də iştirak edib. İ.Nəsibli də "Hərbi jurnalistika sertifikatı" ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi