Ankarada azərbaycanlı jurnalistlərə avtomobilin düzgün idarə olunması tədris edilib

Ankarada azərbaycanlı jurnalistlərə avtomobilin düzgün idarə olunması tədris edilib Türkiyənin Ankara şəhərində “Anadolu” Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzus
Media
148
15 Avqust , 2021 16:45
Ankarada azərbaycanlı jurnalistlərə avtomobilin düzgün idarə olunması tədris edilib

Türkiyənin Ankara şəhərində “Anadolu” Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzusunda təlimlər davam edir.

"Report" xəbər verir ki, təlimin 7-ci günündə Türkiyə Polis Akademiyasında iştirakçılara müharibədə avtomobilin düzgün idarə olunması tədris edilib.

Avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat verilir. Təxminən 60 faizi praktiki hissədən ibarət olan dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçirilir. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər.

Təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan "Hərbi jurnalistika sertifikatı" ilə təltif olunacaqlar.

Qeyd edək ki, təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb. Təlimdə "Report" İnformasiya Agentliyinin əməkdaşı İsmayıl Nəsibli də iştirak edir.

Son xəbərlər

Orphus sistemi