AMEA-da"Elmin populyaşdırılmasında KİV-in rolu" mövzusunda "dəyirmi masa" keçirilib

AMEA-da"Elmin populyaşdırılmasında KİV-in rolu" mövzusunda "dəyirmi masa" keçirilib Bakı. 19 dekabr. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə Elmin populyaşdırılmasında KİV-in rolu mövzusunda dəyirmi masa keçirilib.
Media
19 Dekabr , 2018 12:57
AMEA-daElmin populyaşdırılmasında KİV-in rolu mövzusunda dəyirmi masa keçirilib
Report

Bakı. 19 dekabr. REPORT.AZ/ AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə "Elmin populyaşdırılmasında KİV-in rolu" mövzusunda "dəyirmi masa" keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri AMEA Rəyasət Heyəti Aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev açaraq müasir cəmiyyətdə elmin populyarlaşdırılmasına böyük tələbatın olduğunu bildirib və bu işdə KİV-in rolunu xüsusi qeyd edib. İdarə rəisi bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını qeyd edib. 

AMEA Rəyasət Heyəti Aparatının Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqin nəticələrini açıqlayıb. O, KİV-də elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən danışıb.

Tədbirdə AMEA-nın Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin Jurnalistika fakültələri ilə birgə kurs və treninqlərin təşkili, elm jurnalistikasının müxtəlif problemlərinin həllinə həsr olunan birgə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb. Yalnız Jurnalistika deyil, digər fakültələrdə də populyar elm fənninin tədris edilməsi təklif olunub.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, ilk növbədə, Avropa üçün yox, Azərbaycan üçün elm xadimləri yetişdirilməlidir: "Əvvəlcə Azərbaycan üçün istehsal etməliyik. KİV-lərdə də həmin alimlərin yazıları öz əksini tapmalıdır. AMEA-nın cəmiyyətdə rolu alimlərin dilindən göstərilməlidir. Azərbaycana nə verir bu Akademiya, bu institutlar? Problemin həllini jurnalist göstərməməlidir, çünki onun çiynində məsuliyyət var. Alimlər aldığı məvacibə, statusa, Azərbaycan xalqına göstərəcəyi xidmətlərə görə ekspert qismində müəyyən fikirlərin formalaşdırılmasında iştirak etməlidirlər. Qeyri-hökumət təşkilatlarının ekspertləri daha fəaldırlar, nəinki bizim alimlər. Onlar informasiya vermirlər. Jurnalist bütün sahələri bilmək məcburiyyətində deyil. Akademiyanın bütün institutları hamısı quruculuqda iştirak etməlidirlər. Onlar, sadəcə, oturub maaş almamalıdırlar".

Son xəbərlər

Orphus sistemi