ABŞ mətbuatında Heydər Əliyevlə bağlı məqalə dərc olunub

ABŞ mətbuatında Heydər Əliyevlə bağlı məqalə dərc olunub Məqalədə Azərbaycanda qurulmuş tolerantlıq modelindən də bəhs edilir
Media
21 İyul , 2015 09:50
ABŞ mətbuatında Heydər Əliyevlə bağlı məqalə dərc olunub

Bakı. 21 iyul. REPORT.AZ/ ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan "The Jewish Press" nəşrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlı geniş məqalə dərc olunub.

Bu barədə "Report"a Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat veriloib.

"Heydər Əliyev və liderliyin mənası" başlıqlı məqalədə müəllif Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında gördüyü tarixi xidmətlərdən bəhs edir. "Heydər Əliyev və liderliyin mənası" başlıqlı məqalənin müəllifi Kaliforniya ştatında yaşayan yəhudi din xadimi Ravvin Simxa Qrindir.

Müəllif böyük liderlərin öz ölkələri uğrunda fədakarcasına apardığı uzaqgörən siyasətin önəmindən söz açaraq, Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında gördüyü tarixi xidmətlərdən bəhs edir. Azərbaycanın kifayət qədər çətin coğrafi-siyasi şəraitdə yerləşdiyini vurğulayan müəllif, yeni müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində Heydər Əliyevin göstərdiyi liderlik üstünlüklərini qeyd edir.

Müəllif məqalədə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ümummilli Lider ilə bağlı fikirlərinə də istinad edib. "Heydər Əliyev öz dərin təcrübəsinə və Vətəninə olan güclü sevgisinə əsaslanan müdrik və cəsur qərarlar verərək, Azərbaycanı parçalanmadan və tamamilə məhv olmadan xilas etmişdi" deyə Nəsimi Ağayev bildirir.

Son xəbərlər

Orphus sistemi