Yuxarı

“Yeddi gözəl” baleti Belarus səhnəsində oynanılacaq

Qara Qarayevin möhtəşəm əsərinin nümayişi olacaq

Bakı. 19 noyabr. REPORT.AZ / Dekabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının ifasında Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.

"Report" xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrı məlumat yayıb.

“Yeddi gözəl” baleti 2013-cü ildə Belarus teatrında səhnəyə qoyulmuş və hazırda bu Teatrın repertuarında möhkəm yer tutur. Azərbaycan balet sənətinin incilərindən sayılan bu baletin Minsk səhnəsində hər bir tamaşası anşlaqla keçir.

Tamaşanın quruluşçu baletmeysteri baletmeysterlərin beynəlxalq müsabiqələrinin laureatı Yuri Puzakov, dirijoru Belarus Opera və Balet Teatrının dirijoru Andrey İvanovdur.

Tamaşada əsas rollarda Belarus baletinin ulduzları Belarusun xalq artisti, Dövlət mükafatı və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Olqa Qayko, xalq artisti Konstantin Kuznetsov, əməkdar artistlər, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları İqor Onoşko və Konstantin Qeronik çıxış edəcəklər.

“Yeddi gözəl” baletinin Belarus Opera və Balet Teatrının quruluşunda heç şübhəsiz ki, respublikanın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək, Belarus və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi